14:12 - 25.01.2021
25 yanvar, Fineko/abc.az. Birdəfəlik əkin subsidiyası ödənilməsi üçün yeni intensiv fındıq bağlarının torpaq kateqoriyası nəzərə alınacaq.
Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, 2021-ci ildə intensiv üsulla saldığı fındıq bağının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyası almaq istəyən fermerlər bağın meşə fondunun boş torpaqlarında, yaxud da dağlıq/dağətəyi zonalarda yerləşməsinə diqqət yetirməlidirlər.
Birinci halda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən kateqoriyası meşə fondu olan torpaqlar birdəfəlik əkin subsidiyası üçün nəzərə alınacaq. Birdəfəlik əkin subsidiyasını ala bilmək üçün əsas şərt bağın 2021-ci ildə salınmış, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilmiş və damcı suvarma sisteminin qurulmuş olmasıdır.
Bu şərtlərə sahib olmayan fındıq bağları tək əkin subsidiyası ala biləcək.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026