Azərbaycanda traktor istehsalı dayanıb?

10:50 - 21.01.2021


21 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi ötən il istehsal olunan minik avtomobillərinin azaldığını açıqlayıb.

ABC.AZ xəbər verir ki, Komitə həmçinin ötən il Azərbaycanda traktor istehsalı barədə də hesabat açıqlayıb. Hesabatda qeyd olunub ki, traktor istehsalı da ötən il  66.9% azalaraq 300 ədəd təşkil edib.

Traktorlar üzrə 01.01.2021-ci il tarixinə hazır məhsul ehtiyatı 99 ədəd təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 300 ədəd traktor istehsal edildiyi açıqlanmışdı. Beləliklə, ötən ilin dekabr ayında Azərbaycanda traktor istehsal edilməyib.

Müəllif: Elmir Murad