17:32 - 14.01.2021
14 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyevin Sərəncamı ilə Yevlax-Xankəndi dəmir yolu xəttinin Bərdə və Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən qurulur.
ABC.AZ xəbər verir ki, hazırda Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam dəmir yolu bərpa ediləcək.
Layihəyə uyğun olaraq torpaq yatağının işlənməsi, Köçərli, Təzəkənd, Ağdam stansiyalarında yeni standartlara uyğun binaların tikintisi də nəzərdə tutulub.
Bərdə-Ağdam mənzili üzrə 117 süni qurğu, o cümlədən 103 ədəd dəmir-beton boru, 4 heyvan keçidi, 2 böyük yol ötürücü qurğu və 2 körpünün tikilməsi planlaşdırılıb.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026