17:24 - 8.01.2021
8 yanvar, Fineko/abc.az. “International” QSC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 2 milyon manat və yaxud 3 dəfə artırıb.
ABC.AZ Report-a istibadən xəbər verir ki, BOKT-un kapitalı 1 milyon manatdan 3 milyon manata çatıb.
Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd yeni səhm buraxılıb. Qiymətli kağızları kredit təşkilatının yeganə səhmdarı – Rifat Həsənov əldə edib.
Xatırladaq ki, “International” 2013-cü ildə yaradılıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026