Bu Bankın gəlirləri azalıb

16:07 - 8.01.2021


8 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Bank Melli İran" Bakı filialı 2020-ci ilin hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, filialın 2019-cu ildə faiz gəlirləri 2 milyon 842 min 576 manat təşkil etdiyi halda, ötən il bu 2 milyon 758 min 402 manat olub.

Haqq və komissiya gəlirləri isə 177 min 834 manatdan 147 min  839 manata geriləyib. Ötən il Bankın müştərilərə verdiyi cəmi kreditlər artaraq 4  milyon 184 min 622 manatdan 5 milyon 221 min 829 manata yüksəlib.

Müəllif: Elmir Murad