11:44 - 8.01.2021
8 yanvar, Fineko/abc.az. Türkiyəyə daxil olarkən karantin və ya özünü təcriddə qalmaq istəməyən xarici vətəndaşlar son 72 saat ərzində əldə olunan koronavirus testinin mənfi nəticəsini təqdim etməlidir.
ABC.AZ xəbər verir ki, sözügedən qayda 28 dekabrdan hava uçuşları ilə, 30 dekabrdan isə quru, hava və dəniz yolu ilə Türkiyəyə daxil olan bütün şəxslərə aid edilir: “Türkiyə tərəfinin qərarına əsasən, koronavirusun yayılmasının qarşısını almaq üçün Türkiyəyə xaricdən daxil olmaq üçün bir sıra qayda və şərtlər dəyişdirilib: 28 dekabr 2020-ci il tarixindən hava yolu ilə, 30 dekabr 2020-ci il tarixindən isə quru, hava və dəniz yolu ilə Türkiyəyə daxil olmaq istəyən xarici vətəndaşlar son 72 saat ərzində "PCR" testinin mənfi cavabının nəticəsini təqdim etməlidirlər".
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026