12:55 - 7.01.2021
7 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, yanvarın 7-də keçirilən valyuta hərracında banklara $70,6 mln satılıb.
"Valyuta hərracında banklar tərəfindən tələb $70,6 mln təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.
Hərracın nəticələrinə görə, ortaçəkili məzənnə 1,70 AZN 1 ABŞ dolları təşkil edib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026