15:03 - 28.12.2020
28 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) depozit hərracında 200 mln. manat cəlb edib.
"AMB dekabrın 28-də banklar üçün növbəti depozit hərracı keçirib və bu hərracda 200 mln. manat cəlb edib. Hərracda təklif 915,4 mln. manat təşkil edib. Hərrac zamanı ortaçəkili faiz dərəcəsi 5,76% təşkil edib", - AMB-dən bildiriblər.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026