Dövlət Neft Fondunun gəlirləri azala bilər – Səbəb

16:04 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. Dövlət Neft Fondunun gəlirləri azala və onun vəsaitlə tükənə bilər.

ABC.AZ xəbər verir ki, bu 2021-ci il üzrə dövlət büdcəsi layihəsində öz əksini tapıb.

Qeyd olunub ki, buna səbəb dünya bazarında neftin qiymətinin aşağı olmasıdır. Sənəddən məlum olur ki, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlərə və bu sahədəki tədbirlərə baxmayaraq, neft sektoru ölkə iqtisadiyyatı üçün həlledici təsirə malikdir.

Belə ki, 2020-ci ilin ilk 9 ayında Azərbaycanda neft və qaz sektoru üzrə yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 30,2 faiz, dövlət büdcəsi gəlirlərində payı 54,6 faiz, və ölkənin ixracında payı 87,2 faiz olub.

Bunu nəzərə alanda neft qiymətlərinin dəyişməsinin makroiqtisadi və fiskal göstəricilərə təsiri qaçılmazdır.