12:25 - 8.12.2020
8 dekabr, Fineko/abc.az. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişdirilməsi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının gündəmində deyil.
ABC.AZ xəbər verir ki, nunu mətbuat konfrasında ADIF-in icraçı direktoru Tural Piriyev bildirib.
O qeyd edib ki, hazırda Azərbaycan banklarında xarici valyuta ilə yerləşdirilən əmanətlərin illik faiz dərəcəsi 1-1,5% civarındadır.
"Fond isə illik 2,5%-ə qədər gəlirliliklə qəbul edilən əmanətləri sığortalayır. Banklarla əmanət faizləri artarsa, onda sığortalanma faizinə yenidən baxmaq olar”, - deyə o, qeyd edib.
28 Avqust 2026
28 Avqust 2026