Bu BOKT-un səhmdarları 6 məsələni müzakirə edəcək – Yığıncaq

10:17 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. “Finex Kredit” BOKT ASC-nin Səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, 23 yanvar 2021-ci il tarixində saat 11:00-da, Bakı şəhəri, Süleyman Rüstəm küçəsi 11 ünvanında keçiriləcək Səhmdarların növbəti Ümumi Yığıncağında 5 məsələ müzakirə olunacaq.

Bunlar “Finex Kredit” BOKT ASC-nin 2020-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təsdiqi, “Finex Kredit” BOKT ASC-nin 2020-ci il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun Maliyyə Hesabatları və Müstəqil Auditorun Hesabatının təsdiqi, Yeni istiqraz emissiyası barədə, “Finex Kredit” BOKT ASC-nin 2021-ci il üzrə büdcə və proqnoz göstəricilərinin müzakirəsi və təsdiqi, Vəsaitlər cəlb edilməsi üçün müxtəlif maliyyə qurumlarına müraciət edilməsi barədə, Cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlərdir.

Müəllif: Elmir Murad