15:06 - 3.12.2020
3 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyi Vətən müharibəsində həlak olan və yaralanan hərbçilərimizlə bağlı məlumat yayıb.
Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, 44 gündə Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub.
Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaq.
Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026