12:37 - 3.12.2020
3 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, valyuta hərracında dekabrın 3-də banklara $63,1 mln satılıb.
"Valyuta hərracında banklar tərəfindən tələbat $63,1 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.
Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.
28 Avqust 2026
28 Avqust 2026