11:52 - 2.12.2020
2 dekabr, Fineko/abc.az. Koronovirusla bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında qeyd olunub.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Cari ilin aprel-oktyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalma olub və səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
2020-ci ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 24,9 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-oktyabr ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 379,1 milyon manatlıq əməliyyat aparıblar.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026