AMB valyuta hərracında banklara $63,8 mln satıb

14:54 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında dekabrın 1-də banklara $63,8 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələbat $63,8 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.