Qızıl 8 dollardan çox bahalaşdı – Birja

10:26 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiyməti açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,10 ABŞ dolları bahalaşaraq 1 789,00 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,34 dollar artaraq 22,94 dollara satılıb.