14:11 - 27.11.2020
27 noyabr, Fineko/abc.az. Dekabrın əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, dekabrın 4-dən etibarən “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.
Reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından baş tutacaq.
10 Avqust 2026