15:58 - 25.11.2020
25 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında ölkəyə gətirilmiş elektriklə işləyən nəqliyyat vasitəsinin sayı açıqlanıb.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə ölkəyə 4198 elektriklə işləyən nəqliyyat vasitəsi idxal olunub.
Bu nəqliyyat vasitələrindən 4056-sı daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə, 142-si isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026