16:32 - 19.11.2020
19 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Operativ Qərərgah yoluxma sayının artımı ilə əlaqədar ölkədə xüsusi karantinin müddətini uzadıb.
ABC.AZ-ın məlumatına görə, yeni qərarla həftə sonları fəaliyyətinə qadağa qoyulan xidmət sahələrindən taksilər də var.
Nazirlər Kabineti şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısını yayıb, həmin siyahıda taksi xidməti yoxdur.
Beləliklə, həftə sonları metro və ictimai nəqliyyatla yanaşı taksi xidməti də fəaliyyət göstərməyəcək.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026