13:21 - 15.02.2018
15 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 19-da keçiriləcək depozit hərracına 250 milyon manat cəlb etməyi planlaşdırır.
AMB 19 fevral 2018-ci il tarixində 250 milyon manat cəlb etmək üçün depozit hərracı keçirəcək.
“AMB fevralın 19-da depozit hərracı keçirəcək və bu hərrac vasitəsilə 14 gün müddətinə 250 mln. manat cəlb etməyi planlaşdırır”, - AMB-dan verilən məlumatda belə deyilir.
Cəlb edilən vəsaitlər üzrə faiz dərəcəsi 8,01% – 12,99% səviyyəsində müəyyən edilib.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026