15:21 - 16.11.2020
16 noyabr, Fineko/abc.az. "Moody's Investors Service" bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 2,6% təşkil edəcəyini proqnozlaşdırır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, 2021-ci ildə cari əməliyyatlar hesabının balansının profisitə qayıdaraq ÜDM-in 4%-nə çatacağı gözlənilir.
Xatırladaq ki, "Fitch Ratings" agentliyi bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 4,1%, "S&P Global Ratings" – 4%, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondu – 3,6%, Dünya Bankı isə 0,7% təşkil edəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, 2020-ci ilin ilk yarısından Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 3%-ni və ya 598,2 mln. ABŞ dolları təşkil edib. 2019-cu ilin yekunlarına görə, bu göstərici ÜDM-in 9,1%-nə və ya 4,364 mlrd. dollara bərabər olub.
28 Avqust 2026
28 Avqust 2026