AMB depozit hərracında 200 mln. manat cəlb edib

12:11 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı depozit hərracında 200 mln. manat cəlb edib.

"Noyabrın 16-da AMB banklar üçün növbəti depozit hərracı keçirib və bu hərracda 200 mln. manat cəlb edib. Hərracda təklif 758,3 mln. manat təşkil edib. Hərrac zamanı ortaçəkili faiz 6,01% təşkil edib", - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.