Qızıl xeyli, gümüş isə cüzi bahalaşdı – Birja

10:03 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,50 ABŞ dolları bahalaşaraq 1 894,70 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,34 dollar artaraq 25,12 dollara satılıb.