10:50 - 12.11.2020
12 noyabr, Fineko/abc.az. Qəhrəman Azərbaycan Ordusunu təbrik edirəm. Atəşkəsi pozan Ermənistan idi. Biz Azərbaycanın yanında olacağıq. Vacib olan atılacaq növbəti addımlardır.
ABC.AZ-ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirdiyi mətbuat konfransında səsləndirib.
M.Çavuşoğlu Rusiyanın razılaşmada oynadığı rola əhəmiyyət verdiklərini və Moskvadan gələn heyətlə sabah detallar haqqında danışacaqlarını bildirib.