Ermənilər xüsusilə Arazboyu rayonlarda məskunlaşmanı sürətləndirmək istəyirdilər – Prezident

17:12 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Xaricdən erməniləri Şuşaya gətirib məskunlaşdırmaq istəyirdilər.

ABC.AZ xəbər verir ki,  bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yaralı hərbçilərlə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində o məskunlaşmanı, xüsusilə Arazboyu yerləşən rayonlarda o məskunlaşmanı sürətləndirmək istəyirdilər:"Xaricdə yaşayan ermənilərin maliyyə və siyasi dəstəyi hesabına bir neçə ölkədə bəzi bələdiyyələr artıq “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qərarlar qəbul etmişdilər. Bütün bunlar nəyi göstərir? Bütün bunlar onu göstərir ki, onlar hesab edirdilər, bax, bu yollarla həm işğalı qanuniləşdirəcəklər, həm də qondarma kriminal qurumun tanıdılması istiqamətində uğurlar qazanacaqlar. Görəndə ki, bizi, sadəcə olaraq, aldadırlar, bizi, müqəddəs yerlərimizi təhqir etməyə çalışırlar, biz sözümüzü dedik və mən bunu gizlətmirdim. Bütün bu dövr ərzində - 17 il ərzində demişdim ki, əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik. Kim nə deyir-desin, bu gün də eyni fikirdəyəm, eyni sözlərimi deyirəm".