12:14 - 6.11.2020
6 noyabr, Fineko/abc.az. Ermənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstə Azərbaycan ordusu tərəfindən darmadağın edilib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Vətən Partiyası yayıb.
Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb.
Ölənlərin olduğu istisna edilmir. Qeyd edək ki, Vətən Partiyasının sədri Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. Onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğu bildirilir.
Hadisələrdən əvvəl Vanesyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026