Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib
20:52 - 5.11.2020
5 noyabr, Fineko/abc.az. Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub.
Müdafiə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.
Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.