10:17 - 5.11.2020
5 noyabr, Fineko/abc.az. Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.
ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səhər saat 7.50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb.