15:30 - 3.11.2020
3 noyabr, Fineko/abc.az. Azərbaycan və Pakistan arasında birbaşa uçuşlar həyata keçiriləcəyi gözlənilir.
ABC.AZ-ın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee öz tvitter hesabında bildirib.
Səfir qeyd edib ki, Pakistan və Azərbaycan arasında birbaşa uçuşlara başlamaq perspektivlərini müzakirə etmək üçün AZAL prezidenti ilə görüşüb.
"Cənab Cahangir Əsgərovla faydalı bir görüş keçirdik. Koronavirusla bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağını bölüşməkdən məmnun olacağam”, - deyə səfir qeyd edib.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026