23:26 - 17.10.2020
17 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat 00:00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.
Bu barədə ABC.AZ- a Xarici İşlər Nazirliyindən bildirilib.
Qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026