16:20 - 15.10.2020
15 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İpoteka və Kredit Zəmanət Fondu il ərzində sahibkarlara 145 mln. manatadək kredit verib.
ABC.AZ-ın məlumatına görə, zəmanət verilmiş kreditlərin orta müddəti 29 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6% təşkil edib.
Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2400-dən çox yeni iş yerinin açılması təmin ediləcək.
Həmin müəssisələrdə çalışan işçilərin faktiki sayı 17 mindən çoxdur.
Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.
Müəllif: Elmir Murad
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026