Planlama hazırlanacaq ki, əhalimiz o bölgələrə qayıtsın – İlham Əliyev

15:27 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. Məcburi köçkünlərimiz bilir ki, mənim üçün onların problemi bir nömrəli problemdir.

ABC.AZ-ın məlumatına görə, bunu “Haber Global” telekanalına müsahibəsində Prezident İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, biz onlar üçün nə qədər yardımlar edirik.

"Bu il 7 min ailəyə mənzil veriləcək. Dövlət onların hər birinə, hər ay müavinət verir. Onlar dövlətin qayğısından razıdırlar. Amma mənim onlarla keçirdiyim görüşlərdə hər zaman təşəkkür bildirirdilər, deyirdilər burada hər şey yaxşıdır, amma bizi ora qaytarın, biz ora getmək istəyirik və gedəcəklər. Ona görə biz indi artıq o bölgələrin inkişafı planları üzərində işləməliyik. Müvafiq tapşırıqlar verilib, planlama hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddətdə onlar ora yerləşsin”.