15:19 - 12.10.2020
12 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev “Haber Global” telekanalına müsahibə verib.
ABC.AZ-ın məlumatına görə, dövlət başçısı bir sıra məsələlərə aydınlıq gətirib. İ. Əliyev qeyd edib ki, bütün dağılmış yerlərlər bərpa ediləcək.
O qeyd edib ki, işğaldan azad edilmiş torpaqlara media nümayəndələri də gedir, hərbçilərimiz özləri də videoya çəkirlər, görürlər ki, bir dənə də salamat bina yoxdur: "Bu faşistlər bütün kəndləri dağıtdılar, elə etdilər ki, heç vaxt Azərbaycanlı ora dönməsin, dönə bilməsin. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını təxminən 8 aya qurduq. Oranı inşa etdik, indi insanlar orada yaşayır, qazı da, suyu da, işığı da, məscidi də var. Biz bütün torpaqları cənnətə çevirməliyik, oranın torpağı onsuz da cənnətdir. Uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaq canlanacaq, ora həyat dönəcək, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar".
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026