17:25 - 7.10.2020
7 oktyabr, Fineko/abc.az. Bu il Rusiyanın taxıl istehsalında artım gözlənilir.
ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin Korporativ Nəqliyyat Xidməti Mərkəzinin rəhbəri Aleksey Şilo deyib rəhbərlik etdiyi şirkət taxıl daşınmasını artırmaq üçün müəyyən addımlar atır: "Məsələn, Xəzər və Azov-Qara dəniz hövzələri istiqamətində qısa məsafələrə (400 km-ə qədər) ixrac olunan taxıl daşımalarında 38% endirim, habelə Samur sərhəd keçid məntəqəsindən (Rusiya-Azərbaycan sərhədi) taxıl daşınması üçün 50% endirim nəzərdə tutulur".
Qeyd edk ki, 2019/2020-ci mövsüm ilində Azərbaycan Rusiyadan 1,4 milyon ton taxıl idxal edib. Bu qonşu ölkənin taxıl ixracının 3-4%-ni təşkil edib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026