17:15 - 6.10.2020
6 oktyabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makronun müsəlmanların çoxluq təşkil etdiyi bir şəhərdə İslamın böhranda olduğunu deməsinə sərt reaksiya verib.
ABC.AZ-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə lideri Makronun bu sözlərini açıq təxribat adlandırıb. “Əslində, Makron Fransa və fransız cəmiyyətinin böhranını gizlətmək istəyir. Bizə və inanclarımıza hörmətsizliyə heç vaxt dözə bilmərik. Xüsusilə, 3 günlük dünya həyatında haqqı fəda etmərik. Dövlət başçıları insanların müqəddəs saydığı mövzularda danışarkən diqqətli olmalıdırlar. Makronun da çox diqqəti olmağa ehtiyacı var. Bunu dəfələrlə ona bildirmişəm" deyə Ərdoğan deyib.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026