İki nəhəng ölkə lideri Qarabağdakı vəziyyəti müzakirə etdi

16:30 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında videokonfrans rejimində danışıq olub.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki liderlər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Görüşdə R.T.Ərdoğan bir daha BMT qətnamələrinə toxunub. "Ermənistan işğalı altındakı Azərbaycan əraziləri ilə bağlı problemin həlli üçün BMT qətnamələrini yerinə yetirməlidir" deyə Ərdoğan vurğulayıb.

Müəllif: Elmir Murad