14:56 - 6.10.2020
6 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi bu gün Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlunu qəbul edib.
ABC.AZ-ın məlumatına görə, görüşdə dövlət başçısı bir sıra məsələlərə toxunub.
Prezident qeyd edib ki, Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var: "Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir".
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026