Milli Məclisdə Suqovuşan adı təsdiqləndi - Qanun layihəsi səsə qoyularaq qəbul edilib

12:32 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi bu gün Milli Məclisin iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, parlamentin iclasında Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılması təsdiq edilib.

Bununla bağlı qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Müəllif: Elmir Murad