16:20 - 30.09.2020
30 sentyabr, Fineko/abc.az. “İxrac İcmalı”nın 2020-ci ilin sentyabr sayında “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlirin onun ümumi gəlirlərinin 90 faizini təşkil etdiyi qeyd olunub.
ABC.AZ sözügedən saya istinadən xəbər verir ki, 2020-ci ilin avqust ayında “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
“Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026