14:36 - 11.09.2020
11 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi yeni inzibati binasının tikintisi üçün elan etdiyi tenderin qalibini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, qalib “Progress” Sənaye İstehsalat Şirkətidir.
Belə ki, Gömrük Komitəsinin yeni binasının bünövrə işlərini adıçəkilən şirkət həyata keçirəcək. Komitə işlərin yerinə yetirilməsi üçün şirkətə 1 milyon 331 min 833 manat ödəyəcək.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026