11:13 - 10.09.2020
10 sentyabr, Fineko/abc.az. Azərbaycanda yeni zavodun tikintisi ilə bağlı layihələndirmə işlərinə başlanılır.
ABC.AZ-ın məlumatına görə, artıq Kənd Təsərrüfatı Nazirliyi layihələndirilmə tenderinin qalibini açıqlayıb.
Qalib şirkət "Storm Building" MMC-dir. Nazirlik İpəkqurdu toxumu (qren) istehsalı zavodunun tikintisinin layihələndirilməsi üçün adıçəkilən şirkətə 29 min 845 manat ödəyəcək.
Müəllif: Elmir Murad
30 İyul 2026