İntensiv üsulla bağların salındığı rayon – Ən çox bu kəndlərdə təşkil edilib

17:32 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. Ağdaşda son vaxtlar intensiv üsulla yeni bağlar salınır.

Rayon statistika idarəsindən ABC.AZ-a verilən məlumata görə, cari ildə 29,2 hektarda yeni bağlar salınıb.

Bunun 23,5 hektarı və ya 80,5 faizi intensiv üsulla becərilən bağlardır.

Bu bağların 6,5 hektarı alma, 6 hektarı gavalı, 6 hektarı gilas, qalanı isə xurma və alça sahələridir. Yeni bağlar daha çox rayonun Qolqəti, Dəhnəxəlil və Ağcayazı kəndlərinin ərazilərində əkilib.

Qeyd edək ki, hazırda Ağdaşda 3060,5 hektar bağ sahəsi var.