14:28 - 9.09.2020
9 sentyabr, Fineko/abc.az. Azərbaycanda iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə Prezident Fərman verib.
ABC.AZ xəbər verir ki, Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasını, onun reallaşdırılmasını təmin edə biləcək iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadi Şurası (bundan sonra – Şura) yaradılsın.
2. Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:
Şuranın sədri
Azərbaycan Respublikasının Baş Naziri
Şuranın üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Azərbaycan Respublikasının Maliyyə naziri
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktoru.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026