11:24 - 9.09.2020
9 sentyabr, Fineko/abc.az. Azərbaycan əhalisi quş əti istehlakını artırıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 5 ildə adambaşına quş əti istehlakı 4,3 kq artaraq 2019-cu ildə illik 15 kiloqrama çatıb.
Bu dövrdə adambaşına mal əti istehlakı isə 1,8 kq artaraq illik 16,1 kiloqram təşkil edib.
Müqayisə üçün qeyd edək ki, əgər 2014-cü ildə adambaşına illik mal əti və toyuq əti istehlakı arasında fərq 4,1 kq idisə, 2019-cu ildə 1,1 kiloqram olub.
Bununla yanaşı son 5 ildə adambaşına bütün növ ət və ət məhsullarının istehlakı 7,4 kq artaraq 2019-cu ildə illik 40,8 kq təşkil edib.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026