16:48 - 7.09.2020
7 sentyabr, Fineko/abc.az. Gürcüstanda qapalı məkanlarda müxtəlif tipli tədbirlərin keçirilməsinə nəzarət gücləndiriləcək.
ABC.AZ xəbər verir ki, bunu Gürcüstanln baş naziri Giorgi Qaxaria deyib.
O qeyd edib ki, sosial və ritual mərasimlərin keçirilməsinə nəzarəti gücləndirmək mütləqdir: "Xüsusilə də bu nəzarət qapalı məkanlara aid edilməlidir. Biz bunun açıq misalını Acarıstan bölgəsində gördük, orada bir neçə ay ərzində çox böyük toy mərasimləri keçirildi və hazırda o bölgə virusun yayılma mənbəyinə çevirildi. Buna görə də qapalı məkanlarda sosial tədbirlərin həyata keçirilməsinə bütün ölkə miqyasında sərt şəkildə nəzarət artırılacaq".
Müəllif: Elmir Murad
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026