Azərbaycanda 12 bank şöbəsi bağlanıb – 1 il ərzində

16:45 - 24.07.2020


24 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan Mərkəzi Bankı iyun ayı ilə bağlı icmal göstəricilərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə bank şöbələrinin sayı 115-dən 117-yə qalxıb.

Bu isə o deməkdir ki, iyun ayında yeni 2 bank şöbəsi açılıb. 2019-cu ilin iyun ayında isə əslində bank şöbələrinin sayı 129 olub. Yəni illik müqayisədə 12 bank şöbəsi bağlanıb.  ATM-lərin sayı isə son bir ayda 17 ədəd artmaqla 2569 olub.

Müəllif: Elmir Murad