12:24 - 13.07.2020
13 iyul, Fineko/abc.az. "Silk Way Holding" MMC-yə daxil olan və Zabrat aeroportunda fəaliyyət göstərən "Silk Vey Helicopter Services" MMC adını dəyişib.
ABC.AZ report-a istinadən xəbər verir ki, şirkət artıq "ASG Helicopter Services" adlanır.
Qeyd edək ki, bu, 2020-ci ildə "Silk Way Holding"də baş tutan 3-cü rebrendinqdir. Bundan əvvəl, martda holdinqin tərkibindəki "Silk Vaw Travel" MMC adını "Silk Rovv Travel"ə, iyunda isə "Silk Way Business Aviation" MMC adını "ASG Business Aviation"ə dəyişmişdi.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026