10:48 - 8.07.2020
8 iyul, Fineko/abc.az. ABŞ Ümumdünya Səhiyyə Təşkilatından rəsmi olaraq çıxdığını elan edib.
ABC.AZ-ın məlumatına görə, bunu prezident Donald Tramp bildirib.
Amerikanın nüfuzlu CNN kanalı isə məsələ ilə bağlı reportajda qeyd edib ki, qərar 2021-ci il 6 iyul tarixində qüvvəyə minəcək.
Qeyd edək ki, D. Tramp bir müddət əvvəl ÜST-ü tənqid edərək, qurumun koronavirus infeksiyasının yayılması ilə yetərli mübarizə aparmadığını bildirmişdi.
Müəllif: Elmir Murad
27 İyul 2026