12:04 - 3.07.2020
3 iyul, Fineko/abc.az. İspaniya hökuməti iyulun 4-dən etibarən Avropa İttifaqına (Aİ) üzv olmayan və Aİ Şurası tərəfindən tövsiyə olunan ilkin siyahıda adları olan ölkələrlə sərhədlərini tədricən açmağa başlayacaq.
ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı press-relizdə deyilir.
“Çin, Mərakeş və Əlcəzair ilə sərhədlərin açılması bu ölkələrin qarşılıqlılıq prinsipi ilə davranıb-davranmamalarından və sərhədlərini İspaniya sakinləri üçün yenidən açıb-açmamasından asılıdır. Amma Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Monteneqro, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay sakinlərini şənbə günündən İspaniyanı ziyarət edə biləcəklər”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, İspaniya iyunun 21-də Şengen ölkələri, iyulun 1-dən etibarən isə Portuqaliya ilə pandemiya səbəbiylə bağlanmış sərhədlərini açıb.
30 İyul 2026
29 İyul 2026