15:25 - 1.07.2020
1 iyul, Fineko/abc.az. Macarıstanın “Wizz Air” aşağı büdcəli aviaşirkəti Gürcüstan bazarını tərk edəcəyi məlumatları yayılıb.
ABC.AZ xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava məlumatın yalan olduğunu deyib.
O bildirib ki, aviaşirkət ölkə bazarını tərk etmir və uçuşları bərpa etməyə hazırlaşır: “Şirkət Gürcüstan hökuməti ilə əməkdaşlığı və müştərilərinə sadiq qalmaqda davam edir. “Wizz Air” Gürcüstanda özünü çox rahat hiss edir”.
Qeyd edək ki, “Wizz Air” Kutaisiyə uçuşları 2012-ci ildən yerinə yetirir. 2016-cı ildən bu şəhərdə şirkətin bazası fəaliyyət göstərir.
Müəllif: Elmir Murad
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026